Bank Of Baku

Azərbaycanda fərdi uçot sistemində sığortaolunanlara dair hesabatların qəbulu ilə bağlı təqdimat keçirilib

Azərbaycanda fərdi uçot sistemində sığortaolunanlara dair hesabatların qəbulu ilə bağlı təqdimat keçirilib
# 09 sentyabr 2009 11:20 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Bu gün Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda fərdi uçot sistemində sığortaolunanlara dair hesabatların qəbulu ilə bağlı təqdimat keçirilib.
Tədbiri açıq elan edən DSMF-nin sədr müavini Elman Mehdiyev artıq sığortaolunanlara dair hesabatların qəbulunun başlandığını bildirib: “Bu o deməkdir ki, müəssisələr bu günədək ödənən sosial sığorta haqları barədə ümumi məbləğlə hesabat verirdilərsə, artıq hər bir işçi üzrə ödənən sosial sığorta haqları barədə məlumatlar təqdim edəcəklər”.
E.Mehdiyevin sözlərinə görə, bu sistemin mahiyyəti ondan ibarətdir ki, hər bir vətəndaşa fərdi hesab açılır, ödənən sosial sığorta haqlarının bu hesablarda fərdi uçotu aparılır və gələcəkdə onların pensiya təminatları bu hesab məlumatlarına əsasən ayrılacaq: “Hazırda qarşımızda duran əsas məsələ hər bir şəxs üzrə açılan fərdi hesablara məcburi dövlət sosial sığorta haqlarının qeydiyyatını aparmaqdır. Başlıca məqsəd sığortaedən (işəgötürənlər) və sığortaolunanları (işləyənləri) bu prosesdə fəal iştiraka cəlb etməkdir”.
DSMF-nin fərdi uçotun təşkili şöbəsinin müdiri Şəlalə Cəfərova isə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqda məlumat – B3 ” proqramını təqdim edib.
Qeyd edək ki, B3 formasının hazırlanması üçün proqram təminatı və digər zəruri məlumatlar DSMF-nin internet saytına (www.sspf.gov.az) yerləşdirilib. Sığortaedənlər (işəgötürənlər) əlavə vaxt və pul sərf etmədən Fondun saytına daxil olmaqla bu proqramı istifadə üçün əldə edə bilərlər. Sayta daxil olmaqla istifadəçilər üçün təlimatlar barədə də ətraflı məlumat almaq mümkündür.
Ş.Cəfərovanın sözlərinə görə, hazırda Azərbaycanda sığorta-pensiya sisteminin inkişafı üzrə Dövlət Proqramının üçüncü mərhələsi həyata keçirilir. Bu günə kimi 1 milyon 586 min 738 nəfərin elektron məlumat bazası yaradılıb. Son məlumata görə, 600 minə yaxın sığortaolunan qeydə alınıb. 740 sığorta ödəyicisinin 30%-i Bakı şəhərində, 10-15%-i regionlarda fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR