Bank Of Baku

Təhsil naziri Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu aparılmamasının səbəbini açıqlayıb

Təhsil naziri Azərbaycan Beynəlxalq Universitetinə tələbə qəbulu aparılmamasının səbəbini açıqlayıb
# 09 sentyabr 2009 11:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Bu il Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) I kursuna tələbə qəbulu aparılmayıb. Amma bu hələ həmin ali məktəbin bağlanması demək deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov bildirib: “Əgər ABU rəhbərliyi hökumətin qərarından nəticə çıxarıb işində dönüş yaradacaqsa, bu qərar dəyişəcək. Nəticə çıxarmayacaqsa, bu qərar dəyişməyəcək. Mən dəfələrlə ABU rəhbərliyini dəvət edib, onlarla söhbət aparmışam. Universitetin II-IV kurslarında oxuyan tələbələr öz təhsillərini davam etdirəcəklər. Əgər onlar dövlət imtahanlarını verib qiymət ala bilsələr, dövlət nümunəli diplomlar alacaqlar. Mənə elə gəlir ki, ABU ilə yaranmış bu vəziyyət digər dövlət və özəl məktəblərə də ibrət olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR