Bank Of Baku

Sabah Bakıda beynəlxalq təhsil və karyera sərgisi başlayır

Sabah Bakıda beynəlxalq təhsil və karyera sərgisi başlayır
# 09 sentyabr 2009 11:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sentyabrın 10-12-də Bakıda III Azərbaycan Beynəlxalq “Təhsil və karyera“ sərgisi keçiriləcək. Sərgi Böyük Britaniyanın “ITE Group“ şirkətinin Cənubi Qafqazdakı tərəfdaşı olan “Iteca Caspian“ tərəfindən təşkil olunub və Azərbaycan Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ticarət və Sənaye Palatası tərəfindən dəstəklənir.
APA-nın məlumatına görə, “Təhsil və karyera” sərgisinin başlanması ilə bağlı bu gün keçirilən mətbuat konfransında təhsil naziri Misir Mərdanov bildirib ki, ilbəil sərgi iştirakçılarının sayı artır: “Bu ilki sərgidə dünyanın 12 ölkəsindən 53 şirkət bir araya gələcək. Bu isə ötən ilki iştirakçıların sayından 25 faiz çoxdur. Sevindirici haldır ki, sərgidə iştirak edən Azərbaycanın təhsil müəssisələrinin sayı da xeyli artıb. Bu ilki sərgidə yalnız ali məktəblər deyil, peşə məktəbləri, texnikumlar, hətta orta məktəblər də böyük həvəslə iştirak edirlər”.
Nazir deyib ki, sərgidə nümayiş olunacaq “Xaricdə təhsil” sektorunda İsveçrə, Böyük Britaniya, Almaniya, Türkiyə, İtaliya, Rusiya, Çexiya, Macarıstan və digər ölkələrdən olan Avropa təhsil müəssisələri geniş şəkildə təqdim olunacaq: “Hazırda Azərbaycandan xarici ölkələrdə 5 minə yaxın gənc təhsil alır. Onlardan 900-ə yaxını dövlətin müxtəlif sazişlərinə əsasən, 400-dən çoxu Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı Dövlət Proqramına əsasən təhsil alırlar.
M. Mərdanovun sözlərinə görə, sərgidə müxtəlif şirkətlər tərəfindən orta məktəb müəssisələri üçün məktəbli forması, orta məktəbə hazırlıq proqramı, dərsliklər və testlər də təqdim olunacaq.
Sərginin meneceri Xəyal Əliyeva isə bildirib ki, sərgidə “Uşaq evləri və internat məktəbləri üçün kitab hədiyyə et” adlı xeyriyyə aksiyası da keçiriləcək. Aksiya nəticəsində yığılacaq kitablar uşaq evlərinin kitabxanalarına təqdim olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR