Bank Of Baku

22 meşə gözətçisi yol verdiyi nöqsanlara görə işdən azad ediliblər

22 meşə gözətçisi yol verdiyi nöqsanlara görə işdən azad ediliblər
# 10 sentyabr 2009 07:00 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşələrin İnkişafı Departamentinin mütəxəssisləri tərəfindən Gədəbəy, İsmayıllı, Daşkəsən və Göy-Göl Meşə Mühafizəsi və Bərpası müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin təşkili vəziyyəti araşdırılıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı Meşələrin İnkişafı Departamentinin müvafiq Əmrləri ilə 22 nəfər meşə gözətçisi yol verdikləri nöqsanlara görə işdən azad ediliblər.
Belə ki, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 7 Daşkəsən Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 11, İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə 3, Göy-Göl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi üzrə isə 1 nəfər tutduqları vəzifədən azad olunub.
Eyni zamanda Gədəbəy və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin qorunub mühafizə olunmasına operativ nəzarətin lazımi səviyyədə yerinə yetirilmədiyinə görə adı çəkilən müəssisə direktorlarına ciddi xəbərdarlıq edilib.
Hal-hazırda ETSN tərəfindən Quba və Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisələrində araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR