Bank Of Baku

“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir

“Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir
# 10 sentyabr 2009 08:55 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlanması ilə əlaqədar ölkə ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirir. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 10-dan oktyabrın 10-dək keçiriləcək aylığın məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması və ictimaiyyətin diqqətinin problemə yönəldilməsi, hərəkət iştirakçıları arasında intizamın möhkəmləndirilməsi, habelə məktəblilərə təhlükəsiz davranış vərdişlərinin aşılanması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsindən ibarətdir.

Uşaqların təhlükəsizliyinin təmin olunması, yol hərəkəti ilə bağlı onların həyat və sağlamlığının qorunması işində təhsil işçilərinin, valideynlərin, ictimai qurumların və kütləvi informasiya vasitələrinin nümayəndələrinin yaxından iştirak etmələri xahiş olunur.

Daxili İşlər Nazirliyinin rəhbərliyi aylıq ərzində bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi riayət etməklə uşaq və gənclərə bu sahədə nümunə olmağa çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR