Bank Of Baku

Azərbaycan Milli Məclisinin komitə sədri: “Təhsil Məcəlləsi iki ildən sonra hazır olacaq”

Azərbaycan Milli Məclisinin komitə sədri: “Təhsil Məcəlləsi iki ildən sonra hazır olacaq”
# 10 sentyabr 2009 09:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Milli Məclisin (MM) payız sessiyasında “Elm siyasəti haqqında” qanun layihəsinin müzakirəsi gözlənilir. APA-nın xəbərinə görə, bunu MM-in Elmə və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Komitə sədri deyib ki, vaxt çatsa, “Ali təhsil haqqında” qanun layihəsi də parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq: “Əgər bu qanunlar bu sessiyada qəbul olunmasa, yaz sessiyasında mütləq qəbul ediləcək”.

“Təhsil haqqında” qanundan irəli gənən bir sıra alt qanunların qəbul edilməsinin vacibliyini vurğulayan Ş. Hacıyev “Ümumi təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” qanun layihələrinin də hazırlanacağını deyib: “Təhsilin bütün sahələrini əhatə edən qanunlar olmalıdır”.

Komitə sədri bildirib ki, bu qanunların tam qəbulu üçün təxminin iki il vaxt lazımdır: “İki ildən sonra Təhsil Məcəlləsi ortada olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR