Bank Of Baku

Ombudsman Elmira Süleymanova Parisdə keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək

Ombudsman Elmira Süleymanova Parisdə keçiriləcək beynəlxalq tədbirdə iştirak edəcək
# 10 sentyabr 2009 09:01 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Sentyabrın 23-25-də Parisdə Avropanın 34 ölkəsinin iştirakı ilə Uşaq Ombudsmanları Şəbəkəsinin (ENOC) növbəti illik konfransı keçiriləcək. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Uşaq Ombudsmanları Avropa Şəbəkəsinin məqsədi Uşaq Haqları Konvensiyasının birgə səylərlə daha səmərəli həyata keçirilməsində yardımçı olmaq, uşaq hüquqlarının təmini üçün kollektiv səyləri dəstəkləmək, həmçinin uşaqlar üçün müstəqil qurumların inkişafını təbliğ etməkdən ibarətdir. “Uşaqların ən yaxşı maraqları” mövzusuna həsr olunmuş beynəlxalq tədbirə Fransa, İngiltərə, Norveç, Macarıstan, Slovakiya, Lüksemburq, Malta, Gürcüstan, Litva, Xorvatiya və digər ölkələrin ombudsmanları, insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində nüfuzlu beynəlxalq ekspertlər, milli insan hüquqları təsisatlarının təmsilçiləri, vətəndaş cəmiyyəti nümayəndələri qatılacaqlar. İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova bu beynəlxalq tədbirdə iştirak edəcək. Beynəlxalq tədbirin açılış mərasimində Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Tomas Hammarberq, YUNİSEF-in Brüssel Ofisinin məsul nümayəndələri Marqaret Vaxenfeld və başqaları ənənəvi illik konfransın məqsəd və məramını diqqətə çatdıracaqlar. Tədbirdə ENOC-un son dövr fəaliyyəti, ”Uşaqlar üçün yararlı Avropa” proqramının tətbiqi ilə bağlı görülən işlər, uşaq hüquqları üzrə strategiyalar barədə ətraflı məlumat veriləcək. Konfransda çıxış etməyə hazırlaşan Elmira Süleymanova çıxışında 2009-cu ilin ölkəmizdə Uşaq ili elan olunduğunu, bununla əlaqədar silsilə tədbirlərin davam etdirildiyini, Müvəkkilin bu il çərçivəsində fəaliyyətinin YUNİSEF-in on prioritet addımından biri olan “Uşaqları dinləyək və onların iştirakını təmin edək” devizinə uyğun aparıldığını diqqətə çatdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR