Bank Of Baku

Ombudsman Aparatının əməkdaşları 1 saylı cəzaçəkmə müəssisəsində saxlanan Elçin Şirinovun şikayətini araşdırıblar

Ombudsman Aparatının əməkdaşları 1 saylı cəzaçəkmə müəssisəsində saxlanan Elçin Şirinovun şikayətini araşdırıblar
# 10 sentyabr 2009 09:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Elçin Eldar oğlu Şirinovun vəkili və həyat yoldaşı İnsan Hüquqları üzrə Müvəkkili Aparatının qaynar xəttinə müraciət edərək, həmin məhkumun cərimə təcridxanasında əsassız saxlanıldığını və ona qarşı zorakılığa yol verildiyini bildiriblər. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Aparatın əməkdaşları bu müraciəti araşdırmaq məqsədilə 1 saylı cəzaçəkmə müəssisəsində məhkum Elçin Şirinovla görüşüblər. Araşdırma zamanı müəyyən edilib ki, müəssisənin rejim qaydalarını pozduğuna və qadağan olunmuş əşyanı saxladığına görə Elçin Şirinov 15 gün cərimə təcridxanasında saxlanılıb. Məhkumla söhbət zamanı o, cəza çəkdiyi müddət ərzində ona qarşı hər hansı zorakılığa yol verilmədiyini bildirib. Elçin Şirinov cərimə təcridxanasından çıxdıqdan sonra onun əvvəllər saxlanıldığı, pilot layihəsi üçün nəzərdə tutulmuş nümunəvi yataqxanaya deyil, digər yataq dəstəsinə köçürülməsi ilə bağlı müəssisə rəisinin göstərişinə etiraz etdiyini bildirib. Müəssisə rəisi ilə söhbət zamanı məlum olub ki, Elçin Şirinovun əvvəllər saxlanıldığı, pilot layihəsi üçün nəzərdə tutulmuş yataqxanaya köçürülməsi qeyri-mümkündür. Belə ki, həmin məhkum rejim qaydalarını pozub və qadağan olunmuş təhlükəli əşya saxladığına görə cəzalandırıldığı üçün onun Avropa İttifaqının pilot layihəsi olan yataq korpusunda yerləşdirilməsi daxili intizam qaydalarına ziddir. Ombudsman Aparatının əməkdaşları həmçinin cəzaçəkmə müəssisəsinə ümumi baxış keçirib, məhkumların saxlanma şəraitini öyrənib, müəssisə rəhbərliyinə tövsiyələr veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR