Bank Of Baku

Yaxın günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir

Yaxın günlərdə hava şəraitində ciddi dəyişiklik gözlənilmir
# 10 sentyabr 2009 09:25 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Sentyabrın 10-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz olacaq. Şimal-şərq küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, havanın temperaturu gündüz 26-29, axşam 22-24, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Sentyabrın 11-də havanın dəyişkən buludlu keçəcəyi, gecə və səhər arabir tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Gündüz, əsasən, yağmursuz olacaq. Şimal küləyi əsəcək, gündüz cənub küləyinə keçəcək. Gecə 18-20, gündüz 26-29 dərəcə, Abşeron çimərliklərində dəniz suyunun temperaturu 23-24 dərəcə isti olacaq.

Sentyabrın 12-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Gecə 17-20, gündüz 26-29 dərəcə isti olacaq.

Sentyabrın 13-də hava dəyişkən buludlu, əsasən, yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 18-20, gündüz 27-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 11-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 26-31 dərəcə isti olacaq, dağlarda gecə 9-12 dərəcə, gündüz 15-19 dərəcə isti olacaq.

Sentyabrın 12-13-də hava əsasən yağmursuz olacaq. Lakin 12-də gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Gecə 16-20, gündüz 27-32, dağlarda gecə 9-12, gündüz 16-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR