Bank Of Baku

Barak Obama səhiyyə islahatları planını ABŞ Konqresinə təqdim edib

Barak Obama səhiyyə islahatları planını ABŞ Konqresinə təqdim edib
# 10 sentyabr 2009 10:24 (UTC +04:00)
Bakı – APA-Economics. ABŞ prezidenti Barak Obama milli səhiyyə sistemində islahatlar planını Konqresə təqdim edib. “APA-Economics”in məlumatına görə, Ağ Ev rəhbəri bildirib ki, mövcud səhiyyə sistemi amerikalıların əksəriyyətinin maraqlarına cavab vermir və onun əvəzlənməsinə ehtiyac var: “ABŞ yeganə varlı ölkədir ki, orada milyonlarla insan təminatlı tibbi xidmətdən məhrumdur”.
Qeyd edək ki, B.Obamanın təqdim etdiyi planın əsasında üç məqsəd dayanır. Birinci məqsəd tibbi sığortası olan vətəndaşlar üçün sığorta şərtlərinin yaxşılaşdırılması, sığorta haqlarının məhdudlaşdırılması sığortaçıların müalicə proqramlarına limit qoymasının qadağan edilməsidir.
İkinci məqsəd sığortaçılar üçün birjanın yaradılmasıdır. Bunun nəticəsində tibbi sığortası olmayan amerikalılar əlverişli qiymətlərlə sığorta oluna biləcək, buna imkanı olmayan fiziki və hüquqi şəxslərə isə kreditlər və güzəştli qiymətlər tətbiq olunacaq.
Planın üçüncü bəndi isə məcburi tibbi sığortanın tətbiqini nəzərdə tutur. Bu, sığorta olunmamış şəxslərin müalicəsinin ödənilməsi üçün planlaşdırılmamış büdcə xərclərini azaltmağa imkan verəcək.
B.Obamanın sözlərinə görə, 10 il üçün hesablanmış proqramın ümumi dəyəri 900 milyard dollar təşkil edir. O, qanunvericiləri əmin edib ki, bu xərclər gələcəkdə büdcə defisitinin artmasına gətirib çıxarmayacaq və islahatlar ölkəyə Əfqanıstan, İraq müharibələrindən daha ucuz başa gələcək və yaşlı amerikalıların maraqlarını təhlükə altına qoymayacaq. Perspektivdə isə sığorta xərclərinin artan tempini məhdudlaşdırmaq mümkün olsa, büdcə ən azı 4 trilyon dollar qazanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR