Bank Of Baku

Misir Mərdanov: “Bağçalarda məskunlaşmış məcburi köçkünləri köçürmək lazımdır”

Misir Mərdanov: “Bağçalarda məskunlaşmış məcburi köçkünləri köçürmək lazımdır”
# 10 sentyabr 2009 10:31 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Son illər Bakıda dövlət hesabına 20-dən çox yeni bağça tikilib istifadəyə verilib, 20-dən çox bağçanın isə əsaslı təmiri aparılıb. İlin sonunadək 5-6 bağçada təmir işləri aparılacaq. Ən ciddi problemlərdən biri məktəbəqədər təhsil müəssisələrində məcburi köçkün ailələrinin yerləşdirilməsidir”. APA-nın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. O bildirib ki, hazırda bağçaların imkanlarından maksimum yararlanmaq mümkün deyil: “Əsas problem Bakı şəhərindədir. Bağçalarda məskunlaşmış məcburi köçkünlərə şərait yaradıb, onları oradan köçürmək lazımdır. Həmin bağçaları təmir etməliyik. İmkan varsa, bağçaların ərazisi genişləndirilməlidir. Bu addımı atmaqla biz problemi qismən çözmüş olarıq. Yaxşı olardı ki, yeni tikilmiş binaların yanında, yeni qəsəbələrdə bütün infrastrukturlar yaradılsın. Məsələn, Masazır gölünün ətrafında “Qurtuluş” qəsəbəsi salınıb. O qəsəbəni tikən şirkət orada yaşayan uşaqlar üçün məktəb və uşaq bağçası da inşa edib. Bu il biz həmin məktəbi istifadəyə verəcəyik. Digər qəsəbələrdə də belə olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR