Bank Of Baku

Azərbaycan paytaxtında beynəlxalq təhsil və karyera sərgisi başlayıb - FOTOSESSİYA

Azərbaycan paytaxtında beynəlxalq təhsil və karyera sərgisi başlayıb - <font color=red>FOTOSESSİYA</font>
# 10 sentyabr 2009 10:43 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətlərinin Cənubi Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin təşkilatçılığı III Azərbaycan Beynəlxalq «Təhsil və karyera» sərgisi işə başlayıb. Sentyabrın 12-dək davam edəcək sərgiyə dəstək Təhsil, Gənclər və İdman nazirlikləri və Ticarət və Sənaye Palatası tərəfindən verilib.

APA-nın məlumatına görə, sərginin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ilbəil sərgi iştirakçılarının sayı artır: «Bu ilki sərgidə dünyanın 12 ölkəsindən 53 şirkət təmsil olunur. Bu isə ötən ilki iştirakçıların sayından 25% çoxdur. Sevindirici haldır ki, sərgidə iştirak edən Azərbaycanın təhsil müəssisələrinin sayı da xeyli artıb. Azərbaycanın təhsil müəssisələri sərgi iştirakçılarının yarısını təşkil edir. Bu ilki sərgidə yalnız ali məktəblər deyil, peşə məktəbləri, texnikumlar, hətta orta məktəblər də böyük həvəslə iştirak edir».

Nazir qeyd edib ki, sərgidə nümayiş olunan «Xaricdə təhsil» sektorunda İsveçrə, Böyük Britaniya, Almaniya, Türkiyə, İtaliya, Rusiya, Çexiya, Macarıstan və digər ölkələrdən olan Avropa təhsil müəssisələri geniş şəkildə təqdim edilib. «Hazırda Azərbaycandan xarici ölkələrdə müxtəlif yollarla 10 minə yaxın gənc təhsil alır. Onlardan təkcə 5 min nəfəri Rusiya Federasiyasının ali məktəblərində təhsil alan gənclərdir», - deyə M.Mərdənov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR