Bank Of Baku

“Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının günləndirilməsi” adlı birgə layihə üzrə sənədin imzalanma mərasimi keçirilib

“Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının günləndirilməsi” adlı birgə layihə üzrə sənədin imzalanma mərasimi keçirilib
# 10 sentyabr 2009 10:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün Azərbaycan Prezidenti yayında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və BMT-nin İnkişaf Proqramı “Azərbaycanda yerli QHT sektorunun idarəçilik potensialının günləndirilməsi” adlı birgə layihə üzrə sənədin imzalanma mərasimini keçiriblər. APA-nın məlumatına görə, tədbirdə çıxış edən şura sədri Azay Quliyev layihənin əsas məqsədinin QHT sektorunun davamlı inkişafının təmin edilməsi üçün Azərbaycan regionlarında fəaliyyət göstərən QHT-lərin idarəetmə, layihə tərtibatı və icrası, həmçinin mühasibat uçotunun aparılması sahəsində təcrübəsinin təkmilləşdirilməsi, onlara konsultativ yardımların göstərilməsi və təlimlərin keçirilməsindən ibarət olduğunu deyib. A. Quliyev deyib ki, reallaşdırılmasına başlanan bu layihənin də region QHT-lərinin fəaliyyətini canlandıracağına ümidlər var.

Onun sözlərinə görə, rəhbərlik etdiyi şura yaradılandan sonra keçirdiyi iki maliyyə yardımı müsabiqəsində QHT-lərə 3,2 milyon AZN maliyyə yardımı edib. Sonda A. Quliyev və BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi Bruno Pueza layihə sənədini imzalayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR