Bank Of Baku

Gənclər və idman nazirinin müavini Qazaxıstanın təhsil və elm nazirliyinin nümayəndələrini qəbul edib

Gənclər və idman nazirinin müavini Qazaxıstanın təhsil və elm nazirliyinin nümayəndələrini qəbul edib
# 10 sentyabr 2009 13:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gənclər və idman nazirinin müavini İntiqam Babayev sentyabrın 9-dan 13-dək Azərbaycanda səfərdə olan Qazaxıstanın təhsil və elm nazirliyinin tərbiyə işi və gənclər siyasəti departamentinin direktoru Erlan Aukenovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, Azərbaycan və Qazaxıstan hökumətləri arasında imzalanmış sənədə əsasən baş tutan səfər zamanı Gənclər Təşkilatları Milli Şurasında, “İrəli” İctimai Birliyində, Azərbaycan Dillər Universitetində də görüşlərin keçirilməsi gözlənilir. İ. Babayev bildirib ki, bu, Qazaxıstanın gənclərlə bağlı nümayəndələrinin Azərbaycana ilk rəsmi səfəridir. Azərbaycan və Qazaxıstan dövlətləri arasında çoxəsrlik dostluq əlaqələrinin və isti münasibətlərin olduğunu deyən nazir müavini deyib ki, gənclər siyasəti sahəsində də əməkdaşlığı davam etdirmək zəruridir.
Gənclər və İdman Nazirliyinin 1994-cü ildə yaradıldığını deyən İ. Babayevin sözlərinə görə, ötən müddət ərzində gənclər siyasəti ilə bağlı hüquqi baza yaradılıb, 20-dən artıq dövlət proqramı və qanun qəbul olunub. Son 5 ildə gənclər təşkilatlarının 300-400 min dollar məbləğində 90-dan artıq layihəsi maliyyələşdirilib.
Erlan Aukenov isə bildirib ki, Qazaxıstan Azərbaycanın gənclər siyasəti ilə bağlı təcrübəsindən yararlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR