Bank Of Baku

Şəkidə ali məktəblərə qəbul olan şəxslərlə görüş keçirilib

Şəkidə ali məktəblərə qəbul olan şəxslərlə görüş keçirilib
# 10 sentyabr 2009 14:00 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Bu gün Şəkidə respublikanın ali məktəblərinə qəbul olan şəxslərlə görüş keçirilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon Təhsil Şöbəsindən məlumat verilib. Məlumata görə, bu il Şəkidən ümumilikdə 1174 nəfər respublikanın ali məktəblərinə qəbul olmaq üçün sənəd verib. Məzunlardan 365 nəfər, 14 nəfər ali hərbi məktəblərə, ötən illərdəki məzunlardan isə 142 nəfər respublikanın müxtəlif ali məktəbə qəbul olunub. Bundan başqa 32 nəfər Türkiyənin, 13 nəfər isə Ukrayna və Rusiyanın ali məktəblərinə daxil olub. Ümumilikdə Şəki rayonu üzrə 566 nəfər tələbə adı qazanıb. Respublikanın ali məktəblərinə qəbul olunmuş tələbələrdən 22 nəfəri 600 baldan, 77 nəfəri isə 500 baldan yuxarı xal toplayıb.
Görüşdə rayon icra başçısı Nazim İbrahimov tələbələri təbrik edib. N. İbrahimov 600 baldan yuxarı bal toplayan tələbələrin hər birinə rayon İcra Hakimiyyəti adından qiymətli xatirə hədiyyələri təqdim edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR