Bank Of Baku

İnzibati Xətalar Məcəlləsinə xarici neft şirkətlərində çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi məqsədilə əlavə və dəyişiklik ediləcək

İnzibati Xətalar Məcəlləsinə xarici neft şirkətlərində çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi məqsədilə əlavə və dəyişiklik ediləcək
# 10 sentyabr 2009 14:25 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – Bakı. Milli Məclisin payız sessiyasında İnzibati Xətalar Məcəlləsinə ciddi dəyişikliklər ediləcək. APA-nın xəbərinə görə, bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin iclasında məlumat verilib. İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliyi müzakirəyə çıxaran komitə sədri Hadı Rəcəbli deyib ki, dəyişikliklər xarici neft şirkətlərində çalışan Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi ilə bağlı olacaq. O bildirib ki, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, podratçılar və subpodratçılar tərəfindən əmək müqaviləsi əsasında ixrac məqsədli neft-qaz fəaliyyətinin həyata keçirilməsinə cəlb edilən Azərbaycan vətəndaşlarının qanunla müəyyən olunmuş nisbətindən fərqli olan digər nisbətin tətbiqinə görə cərimələr tətbiq ediləcək: “Vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər on min manatdan on iki min manatadək cərimə ediləcək”.

Müzakirələrdən sonra sənəd parlamentin payız sessiyasına tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR