Bank Of Baku

İlham Mustafayev: “Son iki ildə Azərbaycan Beynəlxalq Universitetinin 200-dək məzunu diplom ala bilməyib”

İlham Mustafayev: “Son iki ildə Azərbaycan Beynəlxalq Universitetinin 200-dək məzunu diplom ala bilməyib”
# 10 sentyabr 2009 15:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. “Son iki ildə Azərbaycan Beynəlxalq Universitetinin (ABU) 200-dək məzunu ali təhsil haqqında diplom ala bilməyib. Çünki həmin məzunların universitetə qəbulu zamanı ciddi qanun pozuntularına yol verilib”. APA-nın məlumatına görə, Təhsil Nazirliyinin ali və orta ixtisas təhsili şöbəsinin rəisi İlham Mustafayev jurnalistlərə açıqlamasında bildirib ki, diplomsuz qalan 200-dən çox məzun arasında Dağıstan Dövlət Universitetində təhsil alan, sonradan qanunsuz şəkildə ABU-ya köçürülənlər də var: “Həmin məzunların taleyinin necə olacağı hələ məlum deyil. Çünki Təhsil Nazirliyi bu məsələ ilə bağlı ayrıca araşdırma aparır. Yekun qərar isə araşdırmaların nəticəsindən asılı olacaq”. Qeyd edək ki, təhsil naziri Misir Mərdanov bir neçə gün əvvəl Azərbaycan hökumətinin qərarı ilə bu il ABU-ya tələbə qəbulunun aparılmadığını bildirib. O deyib ki, bir il ərzində nöqsanlar aradan qaldırılmasa, bu qərar dəyişməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR