Bank Of Baku

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan 10 mindən artıq şagirdi çanta və dərs ləvazimatları ilə təmin edəcək

Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan 10 mindən artıq şagirdi çanta və dərs ləvazimatları ilə təmin edəcək
# 10 sentyabr 2009 15:05 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Yeni tədris ilinin əvvəlində Heydər Əliyev Fondu qaçqın və məcburi köçkün ailələrindən olan 1-ci sinif şagirdlərini çanta və dərs ləvazimatı ilə təmin edəcək. Fonddan APA-ya verilən məlumata görə, 10 mindən artıq 1-ci sinif şagirdinə təqdim olunacaq çantaya 15 adda dərs ləvazimatı – fənn dəftərləri, üç adda albom, rəngli karandaşlar, plastilin, boya, qayçı, qələm və s. qoyulub.

Yeni dərs ilinin əvvəlində fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması artıq ənənəyə çevrilib. Fond 2004-cu ildən başlayaraq davamlı həyata keçirdiyi aksiya çərçivəsində indiyədək 200 mindən artıq birinci sinif şagirdini çanta və dərs ləvazimatları ilə təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR