Bank Of Baku

Azərbaycanlı tələbə Pekində keçirilən Çin dili müsabiqəsinin qalibi olub

Azərbaycanlı tələbə Pekində keçirilən Çin dili müsabiqəsinin qalibi olub
# 10 sentyabr 2009 15:36 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Ötən ay Pekində Çin dili və mədəniyyətinin təbliği məqsədilə Çin Mərkəzi Televiziyası və Çin Dili Şurası / Konfutsi İnstitutu Çində təhsil alan xarici tələbələr arasında 2-ci Çin dili körpüsü adlı Çin dili yarışması keçirib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu ilki yarışmanın seçim turu may ayında başlayıb və 3 aylıq mübarizədən sonra 5 qitədən olan və 42 ölkəni təmsil edən yüzə yaxın tələbə yarışmanın yarımfinalına daxil ola bilib. Finalda 30 namizəd iştirak edib. Yarışmaya Şanxayda yerləşən Şərqi Çin Universitetinin azərbaycanlı tələbəsi Aqşin Əliyev qatılıb və bürünc mükafata layiq görülüb. Qaliblərin təltif mərasimi avqust 30-da Çin Mərkəzi Televiziyası ilə yayımlanıb. Soydaşımızın mükafatlandırma mərasimdə Azərbaycanın Çindəki səfirliyinin əməkdaşları da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR