Bank Of Baku

Babək rayonunun Sirab kəndində yeni sosial obyektlərin açılışı olub

Babək rayonunun Sirab kəndində yeni sosial obyektlərin açılışı olub
# 11 sentyabr 2009 07:04 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Sirab kəndində yeni obyektlərin açılışı olub. Babək rayon İcra Hakimiyyətindən APA-nın Naxçıvan bürosuna verilən məlumatına görə istifadəyə verilən obyektlərdən biri kənd mərkəzidir. İki mərtəbədən ibarət kənd mərkəzinin birinci mərtəbəsində baytarlıq məntəqəsi, mədəniyyət evi işçiləri üçün otaqlar və kitabxana, ikinci mərtəbədə isə icra nümayəndəliyi, bələdiyyə, klub, 80 nəfərlik iclas zalı, YAP ərazi ilk təşkilatı və arxiv yerləşir.
Binanın bir hissəsində isə polis sahə müvəkkili, poçt və rabitə evi yerləşir.
Digər obyekt isə iki mərtəbədən ibarət həkim ambulatoriyasıdır. Bu binada qeydiyyat otağı, laboratoriya, diş həkim kabinəsi, pediatr, tibb bacısı, peyvənd və manipulyasiya otaqları yerləşir. Həkim ambulatoriyasında kənd əhalisinin ilkin tibbi xidmətlə təmin olunması, peyvəndlərin yerində vurulması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR