Bank Of Baku

Məhkəmə Ekspertizası Mərkəzi xaricdən müasir avadanlıqlar alıb

Məhkəmə Ekspertizası Mərkəzi xaricdən müasir avadanlıqlar alıb
# 11 sentyabr 2009 10:52 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi xarici ölkələrdən yeni avadanlıqlar alıb. APA-nın məlumatına görə, mərkəzin direktoru Fuad Cavadov avadanlıqların ABŞ, Böyük Britaniya, Almaniya, Hollandiya və İsveç istehsalı olduğunu deyib. F. Cavadov ekspertiza sahəsində MDB məkanında ən müasir avadanlıqların məhz Azərbaycanda olduğunu söyləyərək yeni texnikanın optik və instrumental ekspertizaların aparılması funksiyalarını yerinə yetirdiyini açıqlayıb: “Optik avadanlıqlar vasitəsilə hər hansı maddənin tərkibini, zəhəri, digər kimyəvi maddələri, qiymətli daşları müəyyənləşdirmək mümkündür. İnstrumental avadanlıqlarda müqayisəli mikroskoplar vasitəsilə güllələrin və gilizlərin eyniləşdirilməsini həyata keçirmək olur. Düşünürəm ki, yeni avadanlıqlar cinayətlərin açılmasına əhəmiyyətli dərəcədə kömək edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR