Bank Of Baku

Azərbaycan ərazisində də leysan yağışlar yağacaq

Azərbaycan ərazisində də leysan yağışlar yağacaq
# 11 sentyabr 2009 11:32 (UTC +04:00)
Bu sözləri APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov bildirib. Onun sözlərinə görə, bu gün, sentyabrın 11-i hava dəyişkən buludlu olsa da, mülayimdir. Sentyabrın 12-13-də də ölkə ərazisində hava şəraitinin yaxşı olacağı gözlənilir: “Sentyabrın 12-də 26-28 dərəcə isti, sentyabrın 13-də isə 28-30 dərəcə isti olacaq”.

Bununla belə, İ. Məmmədov gələn həftədən etibarən Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin gözlənildiyini deyib: “Sentyabrın 14-dən 17-dək Azərbaycan ərazisində yağışlı və küləkli hava şəraiti hökm sürəcək. Temperatur 5-7 dərəcə düşəcək. Bakıda şimal küləyi əsəcək, yağış yağacaq. Azərbaycanın bölgələrində, xüsusən də qərb, şimal və cənub rayonlarında yağışların intensiv leysan xarakterli olacağı, şimşək çaxacağı, bəzi yerlərdə dolu düşəcəyi gözlənilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR