Bank Of Baku

Gəncədə “İnsan alverinə qarşı mübarizə” mövzusunda regional seminar-müşavirə keçirilib - FOTO

Gəncədə “İnsan alverinə qarşı mübarizə” mövzusunda regional seminar-müşavirə keçirilib - <font color=red>FOTO</font>
# 11 sentyabr 2009 12:43 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının rəhbərləri Gəncədə “İnsan alverinə qarşı mübarizə” mövzusunda regional seminar-müşavirə keçiriblər. APA-nın qərb bürosunun məlumatına görə, seminar-müşavirədə Gəncə şəhərindən və Naftalan, Daşkəsən, Göygöl rayonlarından polis əməkdaşları, QHT rəhbərləri və məktəb direktorları iştirak ediblər. DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Araz Babayev, “Debüt İnkişaf Mərkəzi” İctimai Birliyinin rəhbəri Xanlar İsmayılov məruzə ilə çıxış ediblər. A. Babayev deyib ki, ölkə üzrə qeydə alınmış insan alveri faktlarının sayı 2007-ci ildə 283, 2008-ci ildə 394, 2009-cu ilin sentyabrına qədər 250 olub. Bunlardan ən çox rast gəlinəni fahişəliyə cəlb etmə və əxlaqsızlıq yuvaları saxlama faktlarıdır. Statistikaya görə, cinayət qurbanlarını sayı azalıb. 2007-ci ildə bu rəqəm 101, 2008-ci ildə 78, bu ilin sentyabrına qədərsə 71 nəfər təşkil edib.
A. Babayevin sözlərinə görə, Azərbaycanda qeydə alınmış faktların əksəriyyətində qurbanların əsasən, işədüzəltmə, ərə vermə, övladlığa götürmə, turizm bəhanələri ilə Türkiyə və ərəb ölkələri istiqamətində aparılaraq fahişəliyə və cinsi istismarın digər növlərinə məruz qaldıqları üzə çıxıb. Qeyd olunub ki, kişilər arasında insan alveri qurbanları 1-i 2008-ci ildə, 3-ü isə 2009-cu ildə olmaqla cəmi 4 nəfərdir.
Onlar xaricə işədüzəltmə adıyla aldadılıb aparılaraq məcburi əməyə məruz qoyulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR