Bank Of Baku

Şirvanda “Bizimlə insan alveri əleyhinə” mövzusunda seminar keçirilib

Şirvanda “Bizimlə insan alveri əleyhinə” mövzusunda seminar keçirilib
# 11 sentyabr 2009 12:53 (UTC +04:00)
Şirvan. Əlibәy Zeynallı-APA. Şirvanda “Bizimlə insan alveri əleyhinə” mövzusunda seminar keçirilib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Şirvan Regional QHT mərkəzində regionda fəaliyyət göstərən QHT nümayəndələrinin də iştirak etdiyi tədbir İnsan Alveri Əleyhinə Şəbəkə (NAHTAZ) tərəfindən Norveçin Azərbaycandakı səfirliyinin maliyyə və Avrasiya Əməkdaşlıq fondunun texniki dəstəyi ilə “Şirvan bölgəsində insan alverinə qarşı mübarizə” layihəsi çərçivəsində həyata keçirilib. Tədbirdə Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı mübarizə idarəsinin baş əməliyyat müvəkkili polis polkovniki Fuad Əliyev, DİN-in insan alveri cinayətlərinin qarşısının alınması məqsədilə 152 saylı “Qaynar xətt” xidmətinin direktoru Kəmalə Ağazadə, Norveçin Azərbaycandakı səfirliyinin 1-ci katibi Lars Hansen, Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev və digər şəxslər iştirak edib.
Qeyd edək ki, İnsan Alveri Əleyhinə Şəbəkənin (NAHTAZ) Şirvan və Gəncə şəhərlərində ofisləri, Quba, Lənkəran və Sumqayıtda nümayəndələri fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR