Bank Of Baku

Ombudsman Aparatı xəstəxanada müalicə olunan şəxsin aclıq etməsi barədə yayılan məlumatlarla bağlı araşdırma aparıb

Ombudsman Aparatı xəstəxanada müalicə olunan şəxsin aclıq etməsi barədə yayılan məlumatlarla bağlı araşdırma aparıb
# 11 sentyabr 2009 14:15 (UTC +04:00)
Bakı-APA. 5 saylı şəhər Klinik Xəstəxanasında müalicə olunan Əbülfəz Səfərovun aclıq aksiyası keçirməsi və bu tibb müəssisəsindən zorla çıxarılması ilə bağlı yayılmış məlumat İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları tərəfindən araşdırılıb. Bu barədə APA-ya Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Məlumata görə, xəstəxananın baş həkimi Ziya Əsədovun verdiyi məlumatda qeyd olunub ki, Əbülfəz Səfərov 31 avqust 2009-cu il tarixdə bel-oma fəqərələrinin osteoxondrozu, kökcük ağrıları diaqnozu ilə xəstəxananın nevroloji şöbəsinə yerləşdirilib, EKQ, döş qəfəsi orqanlarının rentgenoskopiyası və digər müayinələrdən keçirilib, xəstəliyinə uyğun dərman, habelə masaj, iynəbatırma və digər fizioterapiya müalicəsi alıb. Şöbənin həkimi Rza Əhmədov tərəfindən Ə. Səfərovun səhhəti nəzarətdə saxlanılmaqla o, müalicə kursu keçib.
Baş həkim həmçinin bildirmişdir ki, xəstəxanada olduğu müddətdə Ə. Səfərov aclıq keçirəcəyini elan etsə də, o, qida ilə təmin olunub və qidalanmanı davam etdirib.
Xəstənin ümumi vəziyyəti yaxşılaşmış və o, 9 sentyabr tarixdə öz xahişi ilə xəstəxanadan evə yazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR