Bank Of Baku

Məleykə Abbaszadə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın illik konfransında iştirak edəcək

Məleykə Abbaszadə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın illik konfransında iştirak edəcək
# 11 sentyabr 2009 15:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadənin başçılıq etdiyi nümayəndə heyəti TQDK-nın üzv olduğu Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın (İnternational Association for Educational Assessment ) sentyabrın 13-dən 18-dək Avstraliyanın Brisben şəhərində keçiriləcək növbəti illik konfransda iştirak etmək üçün bu ölkəyə yola düşüb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransda TQDK əməkdaşlarının çıxışları, konfrans çərçivəsində keçirilən dəyirmi masa zamanı dünyada təhsil sahəsində mövcud olan problem və yeniliklərin müzakirələri nəzərdə tutulub. M. Abbaszadə sentyabrın 12-də assosiasiyanın icra komitəsinin iclasında da iştirak edəcək. O, Melburn Universitetinin Qiymətləndirmə üzrə Araşdırmalar Mərkəzinin direktoru Patrik Qriffin və həmin universitetin Təhsil Araşdırmaları İnstitutunun direktoru Barri Makqau ilə görüşlər də keçirəcək. Görüş zamanı təhsil sahəsində təcrübə mübadiləsi aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR