Bank Of Baku

Naxçıvanda 1348 məzun tələbə adını qazanıb

Naxçıvanda 1348 məzun tələbə adını qazanıb
# 11 sentyabr 2009 15:45 (UTC +04:00)
Naxçıvan. Elmar Hüseynov-APA. Naxçıvanda yeni tədris ilinin başlanmasına az qalmış təhsil işçilərinin konfransı keçirilib. Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, konfransda Naxçıvan MR təhsil naziri Piri Nağıyev çıxış edərək təhsilin keyfiyyətinin yüksəlməsində yeniliyin və müasir texnologiyanın tətbiqindən danışıb. Qeyd olunub ki, bölgədə ümumtəhsil məktəblərinə 22 ədəd elektron lövhə, 2335 ədəd kompyuter verilib. 100-dən çox məktəb internet şəbəkəsinə qoşulub.

Nazir bildirib ki, ötən tədris ilində bölgədəki ümumtəhsil məktəblərinin 4390 məzunundan 3230-u ali məktəblərə sənəd verib, onların 1348-i tələbə adını qazanıb. 232 nəfəf 500-700 intervalında bal toplayıb. Tədbirin sonunda “İlin ən yaxşı müəllimi” və “İlin ən yaxşı ümumtəhsil məktəbi” mükafatlarına layiq görülən müəllimlərə və məktəb direktorlarına sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR