Bank Of Baku

Moskvada beşmərtəbəli binaların sökülməsi davam edir

Moskvada beşmərtəbəli binaların sökülməsi davam edir
# 11 sentyabr 2009 15:45 (UTC +04:00)
Bakı – APA-Economics. Moskvada beşmərtəbəli binaların sökülməsi proqramı 67,8% yerinə yetirilib. “APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Moskva şəhər tikintisi Departamentinin idarə rəisi Yuri Yevseyev məlumat verib.
Onun sözlərinə görə, 1995-ci ildən beşmərtəbəli və köhnə evlərin kütləvi rekonstruksiyasına başlanılıb. Sökülmə proqramı 6,5 mln. kv. m beşmərtəbəli panel evlərin sökülməsini nəzərdə tutub. Bunun 4 mln. 295,9 kv. m-i artıq sökülüb. 2010-cu ildə 460,6 min kv. m (122 ev), 2011-ci ildə 561 min kv. m (153 ev), 2012-ci ildə isə 671,9 kv. m (179 ev) sahəni əhatə edən mənzillərin sökülməsi planlaşdırılır.
Y.Yevseyev qeyd edib ki, beşmərtəbə sakinlərinin 70%-i evlərinin əsaslı bərpasını istəmədiyi üçün evlərin əksəriyyəti sökülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR