Bank Of Baku

MDB İqtisadi Şurasının toplantısı başa çatıb

MDB İqtisadi Şurasının toplantısı başa çatıb
# 11 sentyabr 2009 16:05 (UTC +04:00)
Moskva. R.Mətləboğlu – APA. MDB üzvü olan ölkələrin İqtisadi Şurasının Moskvada keçirilən toplantısı bu gün öz işini başa vurub. APA-nın Moskva müxbirinin məlumatına görə, Azərbaycanı iclasda baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.

MDB İqtisadi Şurasının 43-cü iclasında birlik üzvü olan dövlətlərin energetika sahəsində əməkdaşlıq konsepsiyasının layihəsi bəyənilib. Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxil edilib. Onlardan biri 2020-ci ilə qədər MDB ölkələrinin innovasiya sahəsində əməkdaşlığını nəzərdə tutur.

Bugünkü iclasın iştirakçıları müəllif hüquqlarının məlumat bazasının yaradılması və informasiya mübadiləsi sahəsində dövlətlərarası əməkdaşlıq haqqında saziş layihəsini, eləcə də Rusiya, Belarus və Tacikistanın ticarət siyasətini müzakirə ediblər. Bundan başqa, MDB ölkələrində qiymətli kağızlar bazarının vəziyyəti və tendensiyaları, birlik orqanlarının vahid büdcəsi məsələləri də müzakirə mövzusu olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR