Bank Of Baku

Vəhşi heyvanlar təbiətə buraxılıb

Vəhşi heyvanlar təbiətə buraxılıb
# 12 sentyabr 2009 09:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında reabilitasiya keçən 4 qartal, 2 soltan toyuğu, 2 hacıleylək, 1 baş dovşan və 1 baş canavar Altıağac, 1 qutan və 1 baş ceyran isə yaşama arealına uyğun olaraq Ağgöl Milli Parklarının ərazilərində vəhşi təbiətə buraxılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat Xidmətindən APA-ya daxil olan məlumata görə, heyvanlar Reabilitasiya Klinikasında tam reabilitasiyadan keçiblər.

Mətbuat xidmətindən o da bildirilib ki, 2009-cu ildə ETSN əməkdaşlarının respublika ərazisində keçirdikləri reydlər zamanı iaşə müəssisələrində qanunsuz olaraq saxlanılan 2 baş ceyran, 2 baş canavar, 4 baş dovşan, 1 baş ayı, həmçinin adları “Qırmızı Kitab”a daxil edilmiş müxtəlif növ vəhşi quşlar götürülərək Klinikaya təhvil veriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR