Bank Of Baku

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sayt yaradır

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası sayt yaradır
# 14 sentyabr 2009 08:27 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası informasiya mübadiləsinin daha yaxşı təşkili üçün www.qhtxeber.az saytının yaradılmasını planlaşdırır. Şuradan APA-ya daxil olan məlumata görə, saytın bütövlükdə QHT-lərin xidmətinə verilməsi nəzərdə tutulur. Sayt cari informasiyalarla bərabər QHT-lərin hesabatlarını, beynəlxalq əlaqələrini, müxtəlif rəy sorğularının, monitorinqlərin nəticələrini də işıqlandıracaq. Saytın informasiya təminatını yaxşılaşdırmaq üçün QHT-lərə press-relizlərin hazırlanmasının standart formaları göndəriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR