Bank Of Baku

Mahmud Kərimov: “Bəzi nazirliklərin tabeliyində olan institutların AMEA-ya birləşdirilməsi prosesini Nazirlər Kabineti həyata keçirəcək”

Mahmud Kərimov: “Bəzi nazirliklərin tabeliyində olan institutların AMEA-ya birləşdirilməsi prosesini Nazirlər Kabineti həyata keçirəcək”
# 14 sentyabr 2009 08:28 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov məlumat verib. O deyib ki, artıq YUNESKO ekspertləri Azərbaycanda səfərdə olublar və ölkədə elmin inkişafı səviyyəsi, AMEA institutlarının vəziyyəti ilə bağlı geniş məlumatlar əldə ediblər: “Hazırda onların Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı hansı təkliflər verəcəyini gözləyirik. Milli Məclisin payız sessiyasında “Elm haqqında” qanunun da müzakirəyə çıxarılacağı gözlənilir. AMEA-nın tabeliyində də Milli Strategiya ilə bağlı işçi qruplar yaradılıb”. M. Kərimovun sözlərinə görə, Milli Strategiyada AMEA-nın institutlarının qiymətləndirilməsi və bəzi nazirliklərin tabeliyindəki institutların AMEA-nın institutlarına birləşdirilməsi nəzərdə tutulub. Lakin bu funksiyanı AMEA rəhbərliyi deyil, Azərbaycan Nazirlər Kabineti həyata keçirəcək: “Azərbaycan Nazirlər Kabinetində bununla bağlı komissiya yaradılıb. Biz hökumətin sərəncamını gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR