Bank Of Baku

Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi”nə yoluxma ehtimalını azaltmaq üçün məktəblər üçün tövsiyələr hazırlayıb

Ümumdünya Səhiyyə Təşkilatı “donuz qripi”nə yoluxma ehtimalını azaltmaq üçün məktəblər üçün tövsiyələr hazırlayıb
# 14 sentyabr 2009 08:39 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Ümumdünya Səhiyyə Təşkilatı A (H1N1) pandemik virusuna yoluxma hallarını azaltmaq üçün məktəblər üçün tövsiyələr hazırlayıb. APA-nın məlumatına görə, ÜST özünü narahat hiss edən şagird və müəllimlərin evdə qalmasını, məktəbə getməməsini tövsiyə edib. Qurum həmçinin məktəbdə xəstələnən şagirdlərin izolyasiya edilməsi üçün xüsusi yerlər hazırlamağı məqsədəuyğun sayır.
Məktəblər uşaqların əllərini mütəmadi olaraq sabunla yumasına, öskürərkən ağızlarını nəm dəsmalla qapamasına diqqət yetirməlidir. Bunun üçün məktəblər müvafiq vəsaitlərlə təmin olunmalıdır. Bundan başqa otaqların təmiz saxlanması, otağın havasının tez-tez dəyişdirilməsi də tövsiyələr sırasındadır.
Qeyd edək ki, bu günə qədər ÜST-ə A(H1N1) virusuna yoluxmaya dair 254 min fakt barədə məlumat daxil olub. 2840 yoluxma halı ölümlə nəticələnib. ÜST pandemiyanın ikinci dalğasının başlayacağını istisna etmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR