Bank Of Baku

Gələn ay Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcək

Gələn ay Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcək
# 14 sentyabr 2009 09:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Oktyabrın 20-də Bakıda I Koreya Təhsil Sərgisi keçiriləcək. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərgi Koreya Təhsil, Elm və Texnologiya Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Təhsil və İnkişaf üzrə Koreya Milli İnstitutu (NIIED) və Koreyanın 13 ali təhsil müəssisəsinin iştirakı, Təhsil Nazirliyi, Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və SEBA turizm şirkətinin təşkilati dəstəyi ilə baş tutacaq. Sərgi iştirakçıları Koreyanın nüfuzlu universitetləri vasitəsi ilə Koreyanın təhsil sistemi ilə yaxından tanış olmaq, o cümlədən Koreyada təhsil almaq arzularını reallaşdırmaq imkanı əldə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR