Bank Of Baku

Balakəndə Arxeologiya və etnoqrafiya muzeyinin açılışı olub

Balakəndə Arxeologiya və etnoqrafiya muzeyinin açılışı olub
# 14 sentyabr 2009 09:13 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakəndə Arxeologiya və etnoqrafiya muzeyinin açılışı və “Şimal-qərbi Azərbaycanın Arxeologiyası və Etnoqrafiyası” adlı kitabın təqdimatı keçirilib. APA-nın yerli bürosunun məlumatına görə, hər iki tədbirdə Balakən rayon ziyalıları, Azərbaycan Milli Elimlər Akademiyasının bir çox nümayəndələri iştirak edib. Tədbir iştirakçıları ilk öncə Balakən-Zaqatala bölgəsinin tarixinə, tarixi abidələrinə və etnoqrafiyasına dair 8 kitabın və biq sənədli filmin müəllifi olan tarıxçi alim Akif Məmmədlinin təşəbbüsü ilə özünə məxsuz yaşadığı evin həyətində yaratdığı, 300-dən artıq ekspanatı olan “Etnoqrafiya və arxeologiya” muzeyinin açılışında iştirak ediblər. “Etnoqrafiya və arxeologiya” muzeyinin açılış mərasimindən sonra tədbir iştirakçiları Akif Məmmədlinin yeni işıq üzü görən “Şimal-qərbi Azərbaycanın Arxeologiyası və Etnoqrafiyası” adlı kitabının təqdimat mərasiminə qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR