Bank Of Baku

Azərbaycanda bu il 125 114 nəfər birinci sinfə gedəcək

Azərbaycanda bu il 125 114 nəfər birinci sinfə gedəcək
# 14 sentyabr 2009 09:14 (UTC +04:00)
Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yeni dərs ilində I sinfə 125 114 şagirdin gedəcəyi gözlənilir. Müqayisə üçün qeyd edək ki, 2008-2009-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 119 600 şagird qəbul olunub.

Yeni tədris ilində 37 dövlət ali təhsil müəssisində 110 670, 16 özəl ali məktəbdə isə 19 690 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12 450, qeyri-dövlət ali məktəblərində isə 1 960 müəllim çalışır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi təhsil sektorundan APA-ya verilən məlumata görə isə, bu tədris ilində paytaxtın 326 məktəbində ümumilikdə 328000-ə yaxın şagirdin təhsil alacağı gözlənilir. Birinci sinfə gedəcək şagirdlərin sayının isə 29500 nəfər olacağı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR