Bank Of Baku

BMT-nin baş katibi 15 sentyabr Beynəlxalq Demokratiya Günü münasibəti ilə müraciət edib

BMT-nin baş katibi 15 sentyabr Beynəlxalq Demokratiya Günü münasibəti ilə müraciət edib
# 14 sentyabr 2009 10:44 (UTC +04:00)
Bakı-APA. BMT-nin baş katibi Pan Gi Mun 15 sentyabr Beynəlxalq Demokratiya Günü münasibəti ilə müraciət edib. BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı ofisindən APA-ya verilən məlumata görə, müraciətdə qeyd olunub ki, Beynəlxalq Demokratiya gününü qeyd edən dünya ictimaiyyəti, cəmiyyətin bütün təbəqələrinin beynəlxalq hüquq və fundamental insan hüquqlarının əsasında formalaşdığını təsdiq edir: “Demokratiya özü-özündə vacib bir amil olmaqdan əlavə, həm də iqtisadi və sosial inkişafa, beynəlxalq sülh və təhlükəsizliyə, həmçinin əsas hüquq və azadlıqların təmin edilməsinə böyük töhfələr verir. Demokratiyanın universal prinsipləri özündə birləşdirməsinə və ən optimal siyasi-ictimai rejim kimi qəbul olunmasına baxmayaraq, onun möhkəmləndirməsi yolunda bir sıra problemlər mövcud olmaqdadır. Demokratik rejimlərin bərpa edilməsi və ya yeni rejimlərin yaradılması, zəif demokratik rejimlərin qorunması və hətta uzun zaman fəaliyyətdə olan demokratik institutların təkmilləşdirilməsi, məsuliyyət və əzm tələb edən işdir”.
Baş katib qeyd edib ki, demokratik islahatların keçirilməsində ictimaiyyətin üzərinə böyük məsuliyyət düşür: “Eyni zamanda beynəlxalq ictimaiyyət bu prosesdə dəstəkləyici qüvvə rolunu oynayır. Həqiqətən də, demokratik institutların yaradılmasında, seçkilərin keçirilməsində, qanunların tətbiq edilməsində və vətəndaş cəmiyyətinin möhkəmləndirməsində BMT-nin yardımına olan tələbat nəzərə çarpacaq qədər böyükdür. Bu tendensiya çox güman ki, belə qalmaqda davam edəcək”.
Müraciətdə daha sonar bildirilib ki, demokratik prinsiplər BMT-nin fəaliyyətində hər zaman müşahidə olunur. Pan Ki Mun hamını bu gündə demokratik prinsiplərə - təhlükəsizliyin, inkişafın və insan hüquqlarının təminatına bağlılığını bir daha ifadə etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR