Bank Of Baku

Azərbaycanda əcnəbi vətəndaşın ödənişli işlə məğul olması üçün fərdi icazənin verilməsi qaydalarına dəyişiklik edilib

Azərbaycanda əcnəbi vətəndaşın ödənişli işlə məğul olması üçün fərdi icazənin verilməsi qaydalarına dəyişiklik edilib
# 14 sentyabr 2009 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti «Əcnəbinin Azərbaycan Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi Qaydaları»na və həmin fərdi icazənin nümunəsinin təsdiq edilməsi haqqında qərarına dəyişiklik və əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Əlavə və dəyişikliklərə əsasən, əcnəbilərə fərdi icazələr Dövlət Miqrasiya Xidmətinin (DMX) rəyi əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən verilir. Əcnəbilərə verilmiş fərdi icazələr isə işəgötürənlərə DMX tərəfindən təqdim ediləcək. Fərdi icazələri almaq üçün işəgötürənlər hüquqi şəxs olduqda nizamnaməsinin və dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surətlərini, fiziki şəxs olduqda isə şəxsin şəxsiyyətini təsdiq edən sənədinin və fiziki şəxsə verilmiş vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətləri, əcnəbinin sağlamlığı, o cümlədən siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olmaması haqqında tibbi arayış, əcnəbinin şəxsiyyətini təsdiq edən sənədin surətini təqdim etməlidirlər.

Təqdim edilmiş sənədləri DMX öz rəyi ilə birlikdə ƏƏSMN-ə rəsmi qaydada təqdim etməlidir. ƏƏSMN-ə daxil olmuş sənədlər xüsusi kitabda qeydə alınaraq baxılır və 7 iş günü müddətində əcnəbinin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyətini həyata keçirməsi üçün fərdi icazənin verilməsi və ya bundan imtina edilməsi barədə müvafiq qərar qəbul edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR