Bank Of Baku

Zəvvarların mövsümi qripə qarşı peyvənd edilməsini 20 saylı poliklinika həyata keçirəcək

Zəvvarların mövsümi qripə qarşı peyvənd edilməsini 20 saylı poliklinika həyata keçirəcək
# 14 sentyabr 2009 12:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Həcc ziyarətinə gedəcək zəvvarların mövsümi qripə qarşı peyvənd edilməsini paytaxtın 20 saylı şəhər poliklinikası həyata keçirəcək. Bu barədə APA-ya 20 saylı poliklinikanın peyvənd məntəqəsinin məsul həkimi Arzu Seyidli məlumat verib. Onun sözlərinə görə, hələlik Bakı şəhər Baş Səhiyyə İdarəsi peyvəndləri göndərməsə də, artıq zəvvarlardan müraciətlər daxil olur: “Gün ərzində 2-3 zəvvar müraciət edir. Həcc ziyarətinin başlamasına xeyli vaxt qaldığından güman edirəm ki, peyvəndləməni vaxtında başa çatdıra biləcəyik. Ziyarətdən 2-3 həftə əvvəl peyvənd vurulsa, həmin şəxslərdə qripə qarşı immunitet yaranacaq”. A. Seyidli deyib ki, hələlik Qafqaz Müsəlmanları İdarəsi neçə zəvvarın peyvənd olunacağını açıqlamayıb.

Səhiyyə Nazirliyinin Sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə bildirib ki, gedəcək zəvvarlar üçün peyvəndləri nazirlik almalı deyil: “Bunu zəvvarlar özləri almalı və vurdurmalıdır”.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Həcc ziyarəti ilə bağlı sənəd qəbulunu davam etdirdiklərini söyləyib: “Hələlik Səhiyyə Nazirliyinə müraciət edilməyib. Belə bir müraciətə ehtiyac olacaqsa, bunu edəcəyik”.

Qeyd edək ki, bu il Azərbaycana Həcc ziyarəti üçün 2 min kvota ayrılıb. Zəvvarların 300 nəfəri avtobuslarla, 1700 nəfəri təyyarə ilə müqəddəs torpaqlara yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR