Bank Of Baku

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə hallar nazirlərinin toplantısı keçiriləcək

Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə hallar nazirlərinin toplantısı keçiriləcək
# 14 sentyabr 2009 12:11 (UTC +04:00)
Bakı – APA. Sentyabrın 17-18-də Bakı şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin fövqəladə hallar nazirlərinin toplantısı və fövqəladə hallar üzrə işçi qrupun iclası keçiriləcək. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsindən APA-ya verilən məlumata görə, tədbirdə Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Serbiya, Rusiya, Türkiyə və Ukraynanın, habelə müşahidəçi qismində bəzi dövlətlərin müvafiq qurumlarının rəhbərlərinin iştirakı gözlənilir.

Toplantılarda üzv dövlətlərin fövqəladə hallar üzrə qurumları və digər dövlət institutları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, hökumətlər arasında təbii və texnogen xarakterli fövqəladə hallara reaksiya, fövqəladə yardım sahəsində əməkdaşlıq üzrə sazişin və ona əlavə protokolun vacib regional vasitə kimi rolunun artırılması, seysmik risklərin azaldılması və erkən xəbərdarlıq, regional təlimlərin və seminarların təşkili və digər məsələlər müzakirə olunacaq. Yekunda Bakı Bəyannaməsi qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR