Bank Of Baku

QAT-ın nəşr etdirdiyi kitab ABŞ Konqresinin Kitabxanasının monoqrafiyalar şöbəsinə qəbul edilib

QAT-ın nəşr etdirdiyi kitab ABŞ Konqresinin Kitabxanasının monoqrafiyalar şöbəsinə qəbul edilib
# 14 sentyabr 2009 12:29 (UTC +04:00)
Bakı. Ramil Məmmədov - APA. Qarabağ Azadlıq Təşkilatının (QAT) 2 cilddən ibarət ingilis dilində nəşr etdirdiyi “Qarabağ dünən, bu gün və sabah” toplusu ABŞ Konqresinin Kitabxanasının monoqrafiyalar şöbəsinə qəbul edilib. QAT-ın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kitabxananın şöbə müdiri, xanım Bricit Cenkinsin bununla bağlı təşkilata rəsmi məktub ünvanlayıb. Nəşr bakılı, hazırda ABŞ-ın Florida ştatında yaşayan tanınmış publisist Feliks Sersvadzenin təşəbbüsü ilə bu kitabxanaya təqdim olunub. Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə tərcümə və nəşr olunan topluda Azərbaycanın tanınmış tarixçi, hüquqşünas, politoloq və digər sahələr üzrə ekspertlərinin 80-dən artıq məqaləsi yer alıb. Məqalələrdə Qarabağın tarixi, mədəniyyəti, erməni işğalının başlanması və nəticələri, erməni terrorçuluğu və təcavüzkarlığı, münaqişənin həlli yolları və digər məsələlərə dair obyektiv məlumatlar verilir, münasibət bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR