Bank Of Baku

Quba məzarlığında muzey yaradılması məsələsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunub

Quba məzarlığında muzey yaradılması məsələsi AMEA Rəyasət Heyətinin iclasında müzakirə olunub
# 14 sentyabr 2009 12:34 (UTC +04:00)
APA-nın məlumatına görə, iclasda çıxış edən AMEA-nın birinci vitse-prezidenti Nailə Vəlixanlı bildirib ki, bu faciənin gələcək nəslə çatdırılması üçün yaradılacaq şüşə muzeyin əhəmiyyəti böyükdür. Yaxın günlərdə Quba məzarlığında soyqırımı muzeyinin yaradılması işinə başlanılacağını deyən N. Vəlixanlı burada cəsədlər yığılan quyunun şüşə ilə əhatələnəcəyini, oval şəkilli güzgü ilə quyunu həm profildən, həm də yuxarıdan görməyin mümkün olacağını, arxlarda aşkarlanmış cəsədlərin isə akvarium formasına salınacağını bildirib.

Ərazinin mühafizəsinin artırılmasının, bura axan qrunt sularının qarşısının alınmasının, insan sümüklərinin xüsusi şəraitdə saxlanılması üçün təcili tədbirlərin görülməsinin zəruri olduğunu söyləyən Quba məzarlığı ekspedisiyasının rəhbəri Qəhrəman Ağayev deyib ki, Qudyalçayın sağ sahilində aşkar edilmiş məzarlıqda 400-dən artıq insan kəlləsi aşkar edilib: “Ümumi sahəsi 514 kvadratmetr olan məzarlığın 20 kvadratmetri gələcəkdə buranı ziyarət edəcək beynəlxalq təmsilçilərə əyani soyqırımı faktını göstərmək üçün saxlanılıb. İndiyə kimi məzarlığın 494 kvadratmetr sahəsi işlənilib. Tədqiqat zamanı ərazidə sümüklə dolu 2 quyu və 2 arx müəyyən edilib. Birinci quyu 4 metr dərinliyində, 5 metr diametrində, ikinci quyu isə 2 metr dərinliyində, 2,5 metr diametrindədir. Yerli sakinlər şəhərdən kənarda qətlə yetirildikdən sonra gələcəkdə daşqınlar zamanı izin itirilməsi məqsədi ilə meyitləri çay kənarına gətirilərək yamacda qazılmış quyulara doldurulub. Meyitlər birinci quyuya yerləşmədiyindən ikinci quyu qazılıb. Məzarlıqda aşkar edilmiş cəsədlərin hamısı sübut edir ki, insanlar küt alətlərlə, insanlığa xas olmayan qəddarlıqla öldürülüb. Bunun nəticəsidir ki, aşkar edilmiş insan cəsədlərinin sayını yalnız kəllə sümükləri ilə müəyyən etmək mümkündür”.

Quba rayon İcra Hakimiyyəti başçısının müavini Yusif Abidov məzarlıqda şüşə muzeyin yaradılması üçün ərazidə kompleks tədbirlərə başlanıldığını, muzeyin ərazisinə düşən qanunsuz tikilmiş ictimai iaşə obyektinin söküldüyünü, məzarlığa gələn yola asfalt örtüyünün çəkildiyini söyləyib. Y. Abidov deyib ki, məzarlıqda qoyulacaq soyqırımı abidəsi Qubanın ən hündür yerində qoyulacaq və rayonun hər yerindən görünəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR