Bank Of Baku

Sabahdan Bakı Metropoliteninin iş qrafikində dəyişiklik olacaq

Sabahdan Bakı Metropoliteninin iş qrafikində dəyişiklik olacaq
# 14 sentyabr 2009 13:28 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Sabahdan məktəblərin açılması ilə əlaqədar olaraq Bakı Metropoliteni iş qrafikini dəyişəcək. Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.

T.Əhmədovun sözlərinə görə, tələbələrin və məktəblilərin hesabına sərnişin sayının böyük həcmdə artımı gözlənilir. Bunu aradan qaldırmaq və sıxlığı azaltmaq üçün metro qatarlarının hərəkət qrafikində vaxt azaldılacaq, həmçinin xəttə əlavə qatarlar buraxılacaq.

Sabah metropoliten xəttə əlavə olaraq tam heyətdə 2 qatar buraxmağı planlaşdırır. Pik saatlarında tələbata uyğun olaraq qatarların xəttə buraxılması və çıxarılması həyata keçiriləcək.

Qeyd edək ki, Bakı Metropoliteni 1967-ci ildə istifadəyə verilib. Hazırda Bakı Metropoliteninin 21 stansiyası və 1 deposu fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR