Bank Of Baku

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Bilik Günü ilə bağlı tədbir keçirilib

Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Bilik Günü ilə bağlı tədbir keçirilib
# 14 sentyabr 2009 13:47 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Bakıda fəaliyyət göstərən Rusiya Mədəniyyət və İnformasiya Mərkəzində Bilik Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Nizami rayonundakı 145 saylı orta məktəbin şagirdləri məktəb və dostluq mövzusunda şeirlər oxuyub və nəğmələr ifa ediblər. Sonda Aleksandr Puşkinin 210 illiyi ilə bağlı “A. S. Puşkinin sehrli nağıl dünyası” adlı rəsm müsabiqəsinin iştirakçılarına təşəkkür məktubları təqdim olunub. Mərkəzin nümayəndəsi gənc rəssamlara uğurlar diləyib və onları hər il Sankt-Peterburqda keçirilən “Art-qorod” rəsm sərgisində iştiraka çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR