Bank Of Baku

Şəkidə dövlət büdcəsi hesabına üç yeni məktəb binası tikilib

Şəkidə dövlət büdcəsi  hesabına üç yeni məktəb binası tikilib
# 14 sentyabr 2009 14:13 (UTC +04:00)
Şəki. Vüqar Heydərov-APA. Azərbaycanın Şəki rayonunda dövlət büdcəsi hesabına üç yeni məktəb binası tikilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Şəki rayon İcra Hakimiyyəti başçısının, təhsil, səhiyyə və mədəniyyət işləri üzrə müavini Zərinə Cavadova məlumat verib. Z. Cavadovanın sözlərinə görə, ötən ilin əvvəlindən başlayaraq dövlət büdcəsi hesabına, rayonun Kiçik Dəhnə kəndində 640 yerlik, Baş Göynük kəndində 640 yerlik və Dədəcənnət kəndində isə 240 yerlik məktəb binalarının inşasına başlanılıb. Məktəblərdə tikinti işləri sona çatıb, hər üç məktəb binası müasir avadanlığlarla təchiz olunub. Sabah, 2009-2010-cu yeni dərs ilinin başlanması münasibəti ilə məktəb binalarının açılış mərasimi qeyd olunacaq.
Z. Cavadova deyib ki, yeni tikilib istifadəyə veriləcək məktəb binalarından başqa, rayonın üç məktəbində aparılan əsaslı təmir işləri başa çatıb, həmin məktəblərdə sabah başlanacaq yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR