Bank Of Baku

Gəncədə şəhər günləri keçırılır

Gəncədə şəhər günləri keçırılır
# 27 sentyabr 2009 12:42 (UTC +04:00)
Gəncə. Cəmşid Bəxtiyar-APA. Bu gün Gəncə sakinləri doğma şəhərlərinin 2003-cü ildönümünü qeyd edirlər. APA-nın qərb bürosunun məlumatına görə, şəhər İcra Hakimiyyəti tərəfindən düzənlənən şənliklərə bu gün mərkəzi meydanda start verilib.

Dünən ənənəvi carçı çağırışları ilə şənliklərə dəvət edilən sakinlər dəstə-dəstə mərkəzi meydana axışırlar. Saat 13.00-da meydana gətirilən iri hava balonu uçuşa hazırlandı və 14.00-da üzərində Heydər Əliyevin portreti olan hava balonu şəhərin səmasına yüksəldi. Yerli incəsənət ustalarının konsertləri ilə müşayiət olunan şənliklər mərkəzi meydandan başqa, şəhərin Xan Bağı və digər iri park və meydanlarında da düzənlənib.

Şənliklər sentyabrın 28-də də davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR