Bank Of Baku

Azərbaycanda dini tədris müəssisələri də lisenziyalaşdırılacaq

Azərbaycanda dini tədris müəssisələri də lisenziyalaşdırılacaq
# 28 sentyabr 2009 07:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Nazirlər Kabineti «Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə Şərtlər»ə əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarı ilə fəaliyyət göstərməsi üçün lisenziya verilən təhsil müəssisələri sırasına dini orta ixtisas tədris müəssisələri və ali dini tədris müəssisələri də əlavə olunub. Sənədə digər əlavəyə əsasən, dini tədris müəssisələri tərəfindən müvafiq fəaliyyətin həyata keçirilməsi üçün lisenziyanın alınması məqsədi ilə digər sənədlərlə yanaşı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyini də təqdim edilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR