Bank Of Baku

Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında payız-qış mövsümünə hazırlıq müzakirə olunub

Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın iclasında payız-qış mövsümünə hazırlıq müzakirə olunub
# 28 sentyabr 2009 08:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Səbail rayonunun sənaye, təhsil, səhiyyə müəssisələri, təsərrüfat xidmətləri, dini icmaların rəhbərlərinin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Səbail rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibli iclası keçirilib. İH-nin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, toplantıda 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər müzakirə edilib. İcra başçısı Asif Əsgərov bildirib ki, hazırda “Fəvvarələr bağı”nda və Nizami küçəsində, 163 saylı orta məktəbdə əsaslı, digər məktəblərdə isə cari təmir işləri aparılır, 91 saylı məktəbin həyətində müasir qazanxana quraşdırılıb, “Qərb” Universiteti Biznes məktəbinin yeni korpusu istifadəyə verilib.

Toplantıda 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıqla bağlı rayon təsərrüfat xidmətləri tərəfindən görülən işlər barədə məlumat verilib. Mövsümə hazırlıqla bağlı yeraltı mühəndis-kommunikasiya xətlərinin yoxlanması, yağış suları qəbul edən kanalizasiya quyularının təmizlənməsi, küçə, həyət, park və bağların işıqlandırılmasının saz vəziyyətə gətirilməsi işləri aparılıb, qış mövsümü ilə əlaqədar tələb olunan miqdarda inventar və qum ehtiyatı toplanıb, binaların zirzəmiləri quru və qənaətbəxş vəziyyətə salınıb. Mövsüm zamanı rayonun mərkəzində 17 qazanxananın işləməsi nəzərdə tutulub.

Rayonun qaz təchizatının yaxşılaşdırılması ilə bağlı “Azəriqaz” tərəfindən Badamdar və Bayıl qəsəbələrində orta təzyiqli qaz kəmərinin yenidən çəkilməsi, “Qurd qapısı” qaz paylayıcı stansiyasından (QPS) “Qanlı göl” qaz paylayıcı stansiyasına gedən qaz kəmərinin uzadılması, 8-ci mədən QPS-dan rayonun istilik qazanxanalarına yeni qaz kəmərlərinin çəkilməsi nəzərdə tutulub.

Yığıncaqda Bayıl-20-ci yaşayış sahəsi, Badamdar və Bibiheybət qəsəbələrinin qış mövsümündə elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı məsələləri ətraflı müzakirə olunaraq mövcud nöqsanların aradan qaldırılması üçün konkret tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR