Bank Of Baku

Azərbaycan hökuməti viza tələb edilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması qaydalarına dəyişiklik edib

Azərbaycan hökuməti viza tələb edilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması qaydalarına dəyişiklik edib
# 28 sentyabr 2009 08:40 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Nazirlər Kabineti «Viza tələb olunmayan qaydada Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması Qaydaları»na dəyişiklik və əlavələr edib. Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Əlavələrə əsasən, Azərbaycana gələn və Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən ölkə ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs şəxsi pasportunu (digər sərhədkeçmə sənədini) və ölkədə müvəqqəti olma müddətinin uzadılması haqqında qərarı təqdim edərək dövlət sərhədinin buraxılış məntəqələrindən keçməklə ölkəni tərk edə bilər. Digər bir əlavəyə əsasən, vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddəti uzadılarkən əlavə müddətlə birlikdə ölkədə müvəqqəti olma müddəti 30 gündən artıq olduqda, onlar DMX tərəfindən yaşayış yeri üzrə qeydiyyata alınacaqlar.

Digər bir dəyişiklik ölkədə sənədlərin etibarlılıq müddəti ilə bağlıdır. Belə ki, əvvəlki qaydalara əsasən, əcnəbilər pasportlarının və ya onu əvəz edən sənədlərin, vətəndaşlığı olmayan şəxslərin isə şəxsiyyətini təsdiq edən sənədlərinin etibarlılıq müddətlərinin bitməsinə 6 aydan az vaxt qaldıqda ölkədə müvəqqəti olma müddətləri uzadılmırdı. Yeni dəyişikliklə bu müddət 3 aya endirilib.

Əlavələrdə xarici diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşları, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslər və onların ailə üzvlərinin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması məsələləri də əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR