Bank Of Baku

SORĞU: Azərbaycanda işçilərin 66,8%-i işəgötürənin onlar üçün məcburi dövlət sosial sığorta haqları ödəyib-ödəməməsi ilə maraqlanmır

SORĞU: Azərbaycanda işçilərin 66,8%-i işəgötürənin onlar üçün məcburi dövlət sosial sığorta haqları ödəyib-ödəməməsi ilə maraqlanmır
# 28 sentyabr 2009 08:48 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) keçirilən növbəti interaktiv sorğu başa çatıb.

DSMF-dən “APA-Economics”ə verilən məlumata görə, sorğu zamanı respondentlərə “İşəgötürən tərəfindən sizin barənizdə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət edirsinizmi” sualı ünvanlanıb.

Sorğunun nəticələrinin təhlili göstərir ki, vətəndaşların əksəriyyəti işəgötürən tərəfindən onların gələcək pensiya təminatı üçün məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etməyə maraq göstərmir. Belə ki, sorğuya qatılanların cəmi 33,2%-i onlar üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə nəzarət etdiklərini bildiriblər. Ümumilikdə respondentlərin 66,8%-i bunda maraqlı olmadıqlarını nəzərə çatdırıblar. Onların 48,4%-i işəgötürən tərəfindən barələrində məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə nəzarət etmədiyini, 18,4% isə buna ehtiyac görmədiyini bildirib.

Qeyd edək ki, hazırda işəgötürən tərəfindən vətəndaşın aldığı əmək haqqının 22%-i miqdarında onun sosial təminatı üçün DSMF-yə məcburi dövlət sosial sığorta haqqı ödənilir, eyni zamanda hər bir vətəndaşın əmək haqqından 3%-i miqdarında məcburi dövlət sosial sığorta haqqı tutulur.

Xatırladaq ki, Azərbaycanda 2006-cı ildən etibarən qüvvəyə minən “Əmək pensiyaları haqqında” qanuna əsasən, pensiyalar fərdi uçot sisteminin məlumatları əsasında təyin olunur. Bu o deməkdir ki, fərdi uçot sistemi tətbiq olunduqdan sonra təyin edilən pensiyanın miqdarı sığorta stajından və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR